Qubada kanalizasiya borusunun tutulması nəticəsində 10-a yaxın evi su basıb

Hadisə
  • 27 mart, 2026
  • 17:16
Qubada kanalizasiya borusunun tutulması nəticəsində 10-a yaxın evi su basıb

Quba rayonunun Zərdabi qəsəbəsində kanalizasiya borusunun tutulması nəticəsində 10-a yaxın evi su basıb.

"Report"un Şimal bürosunun məlumatına görə, Quba və Qusar rayonlarının çirkab sularının axıdılması üçün nəzərdə tutulan mərkəzi kanalizasiya xəttinin qarşısının tutulması nəticəsində çirkab suları Quba-Xaçmaz yolunun kənarı boyunca yayılıb.

Eyni zamanda 10-a yaxın evin həyətinə çirkab su dolub.