Qubada göbələkdən zəhərlənən ailənin son durumu açıqlanıb - YENİLƏNİB
- 02 oktyabr, 2025
- 12:50

Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinəzəhərlənmə şübhəsilə üç nəfər (2 kişi, 1 qadın) hospitalizasiya olunub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 1959-cü il və 1997-ci il təvəllüdlü şəxslərə dispepsiya diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən hər üç şəxs ambulator müalicə üçün evə buraxılıb.
Quba rayonunda bir ailənin üç üzvü göbələkdən zəhərlənib.
"Report"un Şimal bürosu xəbər verir ki, hadisə rayonun Seyidlər kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakinləri Seyidova İqlimə, Seyidov Seyid və Seyidov Ümman göbələk yedikdən sonra halları pisləşdiyi üçün tibbi yardım üçün müraciət ediblər.
Onlar ilkin müayinədən sonra zəhərlənmə şübhəsi ilə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.