Qobustanda 60 yaşlı kişinin üzərinə qaynar qır dağılıb
Hadisə
- 01 iyul, 2018
- 09:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qobustan. 1 iyul. REPORT.AZ/ Qobustan şəhərində yaşlı kişi bədbəxt hadisə nəticəsində xəsarət alıb.
"Report"un Şirvan bürosu xəbər verir ki, 1958-ci il təvəllüdlü yerli sakin Şıxəliyev Mirəli Nurəli oğlu evinin damına qır verərkən huşunu itirərək yerə yıxılıb və qaynar qır onun üzərinə dağılıb.
Zərərçəkmiş ailəsi tərəfindən ilk olaraq Qobustan Rayon Mərkəzi Xəstəxanasına, oradan isə vəziyyəti ağır olduğu üçün Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxananın Cərrahiyyə şöbəsindən verilən məlumata görə, M.Şixəliyev sağ bud nahiyəsinin arxa ətrafları və sağ ayaq nahiyəsinin II, III dərəcəli termiki yanığı ilə şöbəyə daxil olub, hazırda onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
04:21
Yaponiyada güclü zəlzələ olub, 20-dən çox şəxs yaralanıb
Digər ölkələr
04:04
"Real Madrid" 2022-ci ildən bəri ilk dəfə qələbə seriyasını 8 oyuna çatdırıb
Futbol
03:38
UFC-nin rəhbəri Ağ Evdə mətbuat katibi olmaq istəməyib
Digər ölkələr
03:08
Yüksək təzyiqə qarşı inqilabi kəşf
Sağlamlıq
02:52
Video
Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət
02:40
SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb
Region
02:20
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
Futbol
02:05
Video
ABŞ hərbçiləri Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb
Digər ölkələr
01:59
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
Formula 1