Qızılağac Dövlət Təbiət Qoruğunda güclü yanğın başlayıb - YENİLƏNİB

Hadisə
  • 25 oktyabr, 2018
  • 18:08
Qızılağac Dövlət Təbiət Qoruğunda güclü yanğın başlayıb - YENİLƏNİB

Masallı. 26 oktyabr. REPORT.AZ/ Qızılağac Dövlət Təbiət Qoruğunda dünən axşam saatlarında başlayan yanğın söndürülüb.

"Report"un yerli bürosu xəbər verir ki, yanğının söndürülməsinə dərhal Milli Parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub. Yanğın su akvatoriyasının daxilində olan qamışlıqda baş verdiyindən texnikanın əraziyə keçməsində çətinliklər yaranıb, əsasən əl əməyindən istifadə edilib. Görülən operativ tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb.

Yanğın nəticəsində bir neçə hektar qamış örtüyü yanıb.



*** 17:54

Masallı. 25 oktyabr. REPORT.AZ/ Qızılağac Dövlət Təbiət Qoruğunda güclü yanğın başlayıb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, yanğın qoruğun Masallı rayonu ərazisində olsa da, alovun işartıları Xəzərin Lənkəranın sahilboyu ərazilərində də müşahidə olunur.

Yanğın sahildən aralıda olduğundan texnikaların əraziyə keçirilməsi mümkün deyil. Havanın küləkli olması alovun yayılmasının riskini artırır. 

FHN-nin Masallı və Liman Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti əraziyə səfərbər edilib.

44 - Tezliklə