Göyçayda DYP maşını qəza törədib - FOTO
Hadisə
- 12 aprel, 2017
- 11:45
Göyçay. 12 aprel. REPORT.AZ/ Göyçay rayonunda Dövlət Yol Polisinə (DYP) məxsus avtomobil qəza törədib.
"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə günorta saat 15 radələrində Bakı - Şamaxı - Yevlax magistralının Göyçay şəhəri Natavan küçəsindən keçən hissəsində qeydə alınıb.
Göyçay rayon sakini 1951-ci il təvəllüdlü Rövşən Məmmədov idarə etdiyi "Opel" markalı minik maşını ilə köməkçi yoldan baş yola çıxarkən magistral yolda hərəkətdə olan Göyçay Rayon Polis Şöbəsinin DYP bölməsinə məxsus, YPX əməkdaşı Elman Əliyevin idarə etdiyi "BMW" markalı, 99-YP-621 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
00:39
Sulutəpədə avtoservisdə yanğın baş verib
Hadisə00:11
Valdas Dambrauskas: "Orhus"a qarşı görüşdə bərabərliyə layiq idik"
Futbol23:56
Ədən körfəzində neft tankerinə hücum edilib
Digər ölkələr23:32
Klaas Knot Avropa Mərkəzi Bankının prezidenti ola bilər
Digər ölkələr23:18
Tbilisi-Bakı qatarı gecikmə ilə yola düşüb
İnfrastruktur23:09
Pezeşkian: ABŞ ilə İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi
Region23:08
Foto
Video
Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub olub - YENİLƏNİB-6
Futbol22:41
İspaniya və Ekvador narkotik şəbəkəsinə qarşı ən böyük əməliyyat keçirib
Digər ölkələr22:31