Tovuzda baş verən qəzada avtomobil iki yerə bölünüb: 3 ölü, 1 yaralı - FOTO
Hadisə
- 31 avqust, 2015
- 07:58
Bakı. 31 avqust. REPORT.AZ/ Tovuz rayonunda ağır yol qəzası baş verib. “Report”un xəbərinə görə, rayonun Xatınlı kəndi ərazisində qeydə alınan hadisə zamanı 3 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.
Belə ki, sürücü idarə etdiyi “Mercedes” markalı avtomobili əvvəlcə işıq dirəyinə, daha sonra isə “Kamaz” markalı yük maşınının qoşqusuna çırpıb. Zərbənin gücündən dirək qırılaraq yol kənarına aşıb, avtomobil isə iki hissəyə parçalanıb. Qəza zamanı avtomobildə olan 4 nəfərdən 3-ü – sürücü Rəsul Süleymanov, 33 yaşlı Ehtiram Quliyev, 17 yaşlı Murad Əliyev xəstəxanaya çatdırılarkən yolda dünyalarını dəyişiblər. 26 yaşlı İbrahim Əsədov isə ağır yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
16:22
"Qarabağ"ın Niderlanda səfər planı müəyyənləşib
Futbol16:17
Azərbaycanda 7 ayda benzin istehsalı 2 %-dən çox artıb
Energetika16:15
"Nyukasl" Jorj Mikautadzeni transfer etmək istəyir
Futbol16:05
Azərbaycan iyulda stolüstü kompüter istehsalını 24 % artırıb
İKT16:05
Yelizaveta Ruban: "Avropa çempionatında növbəti mərhələyə yüksəlmək istəyirik"
Komanda16:02
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 1 % azalıb
Energetika15:49
Bakı-Tbilisi-Ərzurum kəmərilə 7 ayda 13 milyard kubmetrdən çox qaz ötürülüb
Energetika15:48
Azərbaycan Rusiyaya qarpız satışından qazancını 3 dəfəyə yaxın artırıb
Biznes15:46