Qəbələnin dağlıq ərazisində köməksiz vəziyyətdə qalmış şəxslər təxliyə olunub

Hadisə
  • 07 avqust, 2016
  • 10:19
Qəbələnin dağlıq ərazisində köməksiz vəziyyətdə qalmış şəxslər təxliyə olunub

Bakı. 7 avqust. REPORT.AZ/ Qəbələ rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə qalmış şəxslər xilas edilib.

"Report"un Şirvan bürosu xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu, Laza kəndində dağlıq ərazidə 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşları yüksəklikdən təhlükəsiz əraziyə təxliyyə ediblər. Əməliyyat saat 12:00-da başa çatıb.