Qəbələdə yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB

Hadisə
  • 28 iyul, 2023
  • 16:49
Qəbələdə yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB

Qəbələdə qəza zamanı xəsarət alanların şəxsiyyətləri məlum olub.

Bu barədə "Report"un yerli bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu gün saat 16 radələrində Qəbələ şəhəri ərazisində “VAZ-21011” və “VAZ-2106” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində 5 nəfər rayon sakini - 1992-ci il təvəllüdlü Fariz Qasımzadə, 1984-cü il təvəllüdlü Niyaməddin Şərifov, 2005-ci il təvəllüdlü Kənan Mahmudov, 2004-cü il təvəllüdlü Fuad Mahmudov və bir yetkinlik yaşına çatmayan şəxs xəsarət alıblar.

Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.

19:21

Qəbələ rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, "VAZ-2106" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsində olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.