Qazaxda uşaq bağçasında yanğın olub, xəsarət alan var - FOTO
Hadisə
- 20 dekabr, 2018
- 20:20
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazax. 21 dekabr. REPORT.AZ/ Qazax şəhərində yanğın hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Zeynalabdin Tağıyev küçəsində yerləşən, müvəqqəti olaraq hazırda uşaq bağçası kimi fəaliyyət göstərən inzibati binada qeydə alınıb.
Yanğın nəticəsində orada mühafizəçi işləyən 52 yaşlı İman Bənnayev xəsarət alıb. Hazırda hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb olunub və 2 mərtəbəli binada baş vermiş yanğının qarşısı alınıb. İlkin ehtimalara görə, yanğına elektrik xətlərində yaranmış qısaqapanma səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Qubada məktəb binasında yanğın olub.
Son xəbərlər
23:03
Təmir işləri ilə əlaqədar sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
Energetika
22:57
Rusiya noyabrda 9 uşağı Ukraynaya qaytaracaq
Region
22:48
Azərbaycanın Meksikadakı səfirliyi və konsulluğu iki gün fəaliyyət göstərməyəcək
Xarici siyasət
22:47
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu 38 yaşında dünyasını dəyişib
Futbol
22:39
Foto
"Afyon qətliamı"nı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb – Yenilənib
Region
22:28
"Bloomberg": Qətər ABŞ-dən mayeləşdirilmiş təbii qaz alışını artırmağı planlaşdırır
Digər ölkələr
22:15
Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək
Region
22:02
Fransada genişmiqyaslı etirazlara 600 min nəfər qatılıb - Yenilənib
Region
21:54
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
Region