Qazaxda dələduzluq edən şəxsə cinayət işi başlanılıb
Hadisə
- 17 mart, 2022
- 08:53
Qazaxda dələduzluq edən şəxsə cinayət işi başlanılıb.
Bu barədə "Report"a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla “Azəriqaz” İB-nin Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsinin sabiq operatoru Bəxtiyar Mehdiyevin iki nəfəri “Təmiz Qaz” QSC-nin Şəmkir Regional Mərkəzinin Qazax bölməsinə işə düzəltmək adı ilə ümumilikdə 5 min 500 manat məbləğində pul alaraq təkrar dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.1-ci maddələri ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam edir.
Son xəbərlər
12:59
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti yenidən uzadılıb
Hadisə12:56
Besar Durmişi: "İnvestisiyalar artımın hərəkətverici qüvvələrindən biridir"
Maliyyə12:56
Dövlət Komitəsi: Uşağın anasının valideynlik hüququndan məhdudlaşdırılması məsələsinə baxılır - YENİLƏNİB
Hadisə12:56
"Sumqayıt" ingiltərəli basketbolçu Coş Oqundeleni heyətinə qatıb
Komanda12:56
Azərbaycan "ROX Group"la əməkdaşlıq edəcək
Biznes12:54
Bakıda Pakistanın Mərkəzi Asiya və Körfəz ölkələrini birləşdirən dəhliz layihəsi təqdim olunub
İnfrastruktur12:51
Yunanıstan sahillərində göyərtəsində 29 nəfər olan bərə yanıb
Digər ölkələr12:50
UEFA Millətlər Liqası: Litva - Azərbaycan matçının hakimləri açıqlanıb
Futbol12:45