Prokuror qayınanasını öldürüb, arvadını ağır yaralayan şəxsə cəza istəyib

Hadisə
  • 11 aprel, 2019
  • 13:14
Prokuror qayınanasını öldürüb, arvadını ağır yaralayan şəxsə cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Cəsarət İsgəndərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Dövlət ittihamçısı çıxışında onun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası aprelin 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə Bakının Nərimanov rayonunda baş verib. C.İsgəndərov rayonun Əliyar Əliyev küçəsi, 24 ünvanında yaşayan 51 yaşlı Fəhminə İsgəndərova və onun qızı Leyla İsgəndərovanı bıçaqlayıb. Onun qayınanası hadisə yerində ölüb. L.İsgəndərova isə 5 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralı 1-ci dərəcəli koma vəziyyətində olub. Daha sonra onun həyatını xilas etmək mümkün olub.

Xatırladaq ki, cütlüyün birgə nikahından 3 aylıq qız övladı var.