Qaxda yanğın nəticəsində yerli sakinə maddi ziyan dəyib
Hadisə
- 13 noyabr, 2015
- 19:49
Bakı. 13 noyabr. REPORT.AZ/ Qaxda vətəndaşa məxsus mal tövləsi və içərisində olan 250 ədəd ot bağlaması yanıb.
"Report" xəbər verir ki, yanğın hadisəsi axşam saatlarında Qax şəhəri, Vidadi küçəsi, döngə 1-də yaşayan Lüba Nuraşviliyə məxsus həyətdə baş verib.
Yanğın zamanı tövlənin çardaq hissəsi tamamilə yararsız vəziyyətə düşüb. Hadisə baş verən vaxtı tövlədə olan heyvanlar bayıra çıxarılsa da, çardaqda olan 250 ədəd ot bağlaması yanaraq külə dönüb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Qax Dövlət Yanğından Mühafizə Hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alovun tövləyə bitişik evə, həmçinin digər tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
09:02
"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək
Futbol09:01
Tramp nüvə obyektindəki fəallığa görə İranı zərbə endirməklə hədələyib
Digər ölkələr08:59
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.09.2026)
Maliyyə08:51
Çində internet dələduzluğu ilə mübarizə üzrə beynəlxalq alyans yaradılacaq
Digər ölkələr08:49
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (10.09.2026)
Maliyyə08:33
Donald Tramp ABŞ-nin neft hasilatı məsələsində OPEC-dən güclü olduğunu açıqlayıb
Digər ölkələr08:12
Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:10
Tramp ABŞ-nin Venesuela ilə saziş nəticəsində 500 il yetəcək neft ehtiyatlarına çıxış əldə etdiyini bildirib
Digər ölkələr08:00