Qaxda qəza baş verib, avtomobillər meşəlik əraziyə aşıb
Hadisə
- 06 noyabr, 2021
- 11:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qax rayonunda yol qəzası baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Qax-Zaqatala avtomobil yolunun rayonun Süskənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, eyni istiqamətdə hərəkətdə olan "BMW-X5" və "Hyundai" markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobil yol kənarında olan meşəlik əraziyə aşıb. Zərbənin gücündən hər iki avtomobil yararsız vəziyyətə düşüb.
Hadisə yerinə Təcili Tibbi Yardım briqadası və yol polis əməkdaşları cəlb olunub. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
00:33
İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək
Digər ölkələr
00:07
Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib
Daxili siyasət
00:00
Bu gün Azərbaycanda Zəfər Günüdür
Daxili siyasət
00:00
Foto
Şuşanın azad olunmasından 6 il ötür
Qarabağ
23:56
Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır
Daxili siyasət
23:52
Misir 12 illik fasilədən sonra Liviyanın paytaxtında səfirliyini yenidən açıb
Digər ölkələr
23:37
Trampla demokratlar arasında qarşıdurma dərinləşir
Digər ölkələr
23:16
Türkiyədə ağır yol qəzasında ölənlərin sayı 9-a çatıb - Yenilənib
Region
23:03
Foto
"Tağıyev: Məktəb" filmi "Ən yaxşı rejissor" nominasiyasının qalibi olub
Mədəniyyət siyasəti