Qaxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib - FOTO

Hadisə
  • 28 dekabr, 2015
  • 16:01
Qaxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib - FOTO

Bakı. 28 dekabr. REPORT.AZ/ Qaxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə Qax şəhəri, Heydər Əliyev prospektində qeydə alınıb. 

Belə ki, Qax rayonu, Meşəbaş kənd sakini, 1971-ci il təvəllüdlü Camali Androyeviç Zeynalaşvilinin idarə etdiyi "Motoreller"lə hərəkətdə olarkən şəhər sakini, 1965-ci il təvəllüdlü Asudə Şaban qızı Yunusovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilən xəstənin vəziyyətini həkimlər orta-ağır qiymətləndirir.

Qeyd edək ki, xəsarət alan Asudə Yunusova Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsində xadimə işləyirmiş. Elə hadisə də DSMF-nin qarşısında, xadimənin işə getdiyi vaxt baş verib.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırmalar aparılır.