Qaxda mağazadan 10 min manatdan çox pul oğurlanıb - FOTO
Hadisə
- 16 noyabr, 2017
- 09:16
Qax.16 noyabr.REPORT.AZ/ Qax rayonunda mağazadan 10 min manatdan çox pul oğurlanıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax şəhərində, Vaqif Eyvazov küçəsində yerləşən marketlərdən birində qeydə alınıb.
Belə ki, şəhər sakini Tamara Abuzər qızı Məmmədova Qax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək işlədiyi mağazadan naməlum şəxs və ya şəxslərin 10 000 AZN və 100 ABŞ dolları, həmçinin kassadan 300 manat pulu gizli yolla talayaraq ona maddi ziyan vurduğunu bildirib.
Market sahibinin "Report"un yerli bürosuna verdiyi məlumata görə, bir müddət əvvəl həyat yoldaşı avtomobilini sataraq 10 min manatı mağazada saxlayıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Son xəbərlər
17:10
Foto
Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə birgə təlimi müzakirə edib
Hərbi17:06
Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
Sağlamlıq17:05
Anna Yusupova: "Dünya çempionatında iştirak etmək mənə qiymətli təcrübə qazandırdı"
Fərdi16:59
Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
Daxili siyasət16:55
Başqırdıstanda ticarət mərkəzində yanğın qurbanlarının sayı 4-ə çatıb - YENİLƏNİB
Digər ölkələr16:52
Yaponiyada torpaq sürüşmələri nəticəsində ölənlərin sayı altıya çatıb - YENİLƏNİB-2
Digər ölkələr16:49
"Sumqayıt" basketbol klubu Kamran İmanovla müqavilənin müddətini uzadıb
Komanda16:44
"Avtovağzal" və "Xocəsən" metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq yaradılıb
İnfrastruktur16:37