Qaxda "KamAZ"la toqquşan mikroavtobusda ölən və yaralananların adı məlum olub - YENİLƏNİB-5 - VİDEO - SİYAHI

Hadisə
  • 29 iyun, 2018
  • 08:22
Qaxda KamAZla toqquşan mikroavtobusda ölən və yaralananların adı məlum olub - YENİLƏNİB-5 - VİDEO - SİYAHI
Report

Qax. 29 iyun. REPORT.AZ/ Qax rayonunda "KamAZ"la toqquşan sərnişin mikroavtobusunda ölən və yaralananların adı məlum olub. 

"Report"un məlumatına görə, hadisə zamanı 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Ölənlər:

Zaqatala rayon sakini, Əliyev İlkin Haqverdi oğlu (1976) 

Zaqatala rayon sakini, Mikayılova Rahilə Zamayıl qızı (1951)

Yaralılar:

Tərtər rayon sakini, Həsənova Səltənət Məmməd qızı (1958)

Zaqatala rayon sakini, Cəfərova Günel Eldar qızı (1979) 

Mingəçevir şəhər sakini, Nadirli Nüranə Rövşən qızı (1996) 

Şəki rayon sakini, Babayeva Günay Elman qızı (1996) 

Mingəçevir şəhər sakini, Həmzəyeva Mələk Səməd qızı (1985) Mingəçevir

Zaqatala rayon sakini, Həmzəyeva Əlifnur Samir qızı (2014) 

Zaqatala rayon sakini, Həmzəyeva Əsmənur Samir qızı (2017) 

Mingəçevir şəhər sakini, Sarıyeva Nigar Şaban qızı (1982)


***12:10

Qax. 29 iyun. REPORT.AZ/ Qax rayonunda baş verən ağır yol-mqəliyyat hadisəsi zamanı xəsarət alanlardan 1-i xəstəxanada ölüb.

"Report"un məlumatına görə, hadisə zamanı ölənlərin sayı 2, yaralananların sayı 9 nəfərə çatıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


***11:41

Qax. 29 iyun. REPORT.AZ/ Qax rayonunda baş verən ağır yol-nəqliyyat hadisə zamanı yaralananların sayı  10 nəfərə çatıb.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. 


***11:31

Qax. 29 iyun. REPORT.AZ/ Qax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub. 

"Report"in Şimal-qərb bürosu xəbər verir ki, mikroavtobusun sürücüsü, Zaqatala rayonunun Qandax kənd sakini, 1976-cı il təvəllüdlü İlkin Haqverdi oğlu Əliyev hadisə yerində ölüb.

Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının 78-ci kilometrliyində baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb. 


***11:19

Qax. 29 iyun. REPORT.AZ/ Qax rayonunda baş verən ağır yol qəzasında mikroavtobusun sürücüsü ölüb.

"Report"un məlumatına görə, hadisə zamanı 1 nəfər azyaşlı və 1 nəfər qadın olmaqla 4 nəfər xəsarət alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki,  yaralıların vəziyyəti ağırdır: "Yaralılardan azyaşlı uşaq və anası ölümcül vəziyyətdədir. Uşağın başı əzilib, kəllə sümüyü sınıb və beyni zədələnib. Yaralılara ilkin yardım göstərildikdən sonra Bakıdakı özəl klinikalardan birinə göndərilməsi planlaşdırılıb".


***10:56

Qax. 29 iyun. REPORT.AZ/ Qax rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb, ölən və yaralananlar var.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının Qax rayonunun Baydarlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Əliabad-Mingəçevir marşrut xətti üzrə fəaliyyət göstərən "Mercedes" markalı sərnişin mikroavtobusu "KamAZ"la toqquşub. İlkin məlumatlara görə, hadisə nəticəsində 1 nəfər ölub, 3 nəfər yaralanıb.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerindədir.

Qaxda "KamAZ"la toqquşan mikroavtobusda ölən və yaralananların adı məlum olub - YENİLƏNİB-5 - VİDEO - SİYAHI