Qaxda İran vətəndaşına məxsus TIR yanıb
Hadisə
- 22 aprel, 2024
- 05:34
Qax rayonunda İran vətəndaşına məxsus yük avtomobili (TIR) yanaraq yararsız vəziyyətə düşüb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Qax avtomobil yolunun rayonun Süskənd kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, İran İslam Respublikası vətəndaşı Omara Ghaderbakhsh Nazarmohammad oğluna məxsus yük avtomobilində yanğın hadisəsi baş verib. Yanğın yerinə Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın zamanı UU-532-NU Gürcüstan qeydiyyat nişanlı "RENAULT" markalı yük avtomobilinin kabini tamamilə, qoşqunun isə bir hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
00:36
Kipr sahillərində qayıq qəzaya uğrayıb, bir nəfər həlak olub
Digər ölkələr00:11
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Digər ölkələr00:00
Bu gün Türkiyədə Zəfər Bayramıdır
Region23:51
Sabirabadda iki yaşlı uşaq hovuzda boğularaq ölüb
Hadisə23:38
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Digər ölkələr23:22
Azərbaycan boksçusu Rəhim Əliyev Serbiyada keçirilən turnirdə məğlub olub
Fərdi22:58
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Digər ölkələr22:40
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib
Region22:10