Qaxda fındıq sahələri yanıb - FOTO
Hadisə
- 30 avqust, 2015
- 17:59
Bakı. 30 Avqust. REPORT.AZ/ Bu gün axşam saatlarında Qax rayonunda yanğın hadisəsi baş verib.
“Report” xəbər verir ki, rayonun Qum kəndi ərazisində vətəndaşlara məxsus ümumi sahəsi 3.5 hektar ərazinin 2.5 hektar hissəsində yanğın olub.
Kənd sakini Musa İmamov, Təbrik Şahmuradov və Məryəm Əzizovaya məxsus fındıq bağı, quru ot sahəsi, həmin ərazini mühafizə edən çəpər yanıb. Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində ərazidə olan 3 yardımçı tikili və fındıq bağları yanğından mühafizə olunub.
Faktla bağlı Qax Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.
Son xəbərlər
07:40
Paytaxtın üç rayonuna elektrik enerjisinin verilişində fasilə yaranacaq
Energetika07:26
Alimlər qədim yunan üzüklərində meteorit izi aşkar ediblər
Maraqlı06:57
Cənubi Koreya insanabənzər robotların inkişaf etdirilməsinə 1,66 milyard dollar xərcləyəcək
Digər ölkələr06:21
Yeni "Rafale" qırıcısı 2035-ci ilə qədər hazır ola bilər
Digər ölkələr05:53
"Nvidia" rüb ərzində mənfəətinin ikiqat artdığını açıqlayıb
Biznes05:14
ABŞ ordusu atom mikroreaktorlarının inşasına 2 milyard dollardan çox pul xərcləyəcək
Digər ölkələr04:42
Əlcəzairdə meşə yanğınlarında azı 12 nəfər ölüb
Digər ölkələr04:28
Qrossi BMT-nin qlobal münaqişələrin həllində səmərəsiz olduğunu bildirib
Digər ölkələr03:55