Qaxda ev yanaraq külə dönüb
Hadisə
- 26 avqust, 2020
- 22:17
Bu gecə Qax rayonunda yanğın hadisəsi baş verib.
“Report”un Şimal-Qərb bürosunun məlumatına görə, hadisə Qax şəhər sakini İsayev İsa Camal oğlunun yaşadığı evdə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Nəticədə ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Ətrafdakı tikililər yanğından mühafizə olunub.
Ev sahibinin sözlərinə görə, müvəqqəti yaşadıqları ev taxtadan tikilib və hər kəsin "Finski Ev" adlandırdığı evlərdəndir.
Yanğın zamanı ailə üzvlərindən evdə heç kim olmayıb. Onlar dünən ev əşyalarını da yığaraq yeni tikdikləri evə köçüblər. Faktla bağlı araşdırma aparılır.
Qaxda ev yanaraq külə dönüb
Son xəbərlər
13:41
"Milan" Leandro Paredesə rəsmi təklif göndərib
Futbol13:39
Əli Nikzad: Hücum zamanı ABŞ-yə kömək edənlər raket hədəfinə çevriləcək
Region13:19
Müstəmləkəçi Fransa və Niderland əsarət altındakı xalqların hüquqlarını kobud şəkildə pozur
Digər ölkələr13:04
Əraqçi: ABŞ təzminat ödəyənə qədər danışıqlar aparılmayacaq
Region12:55
Qırğızıstan dağlarında itkin düşmüş alpinistlərin çadırı tapılıb
Digər ölkələr12:46
Video
Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Hadisə12:46
BTQ: Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan yerli icmalarla həmrəyik
Xarici siyasət12:36
PSJ Dzion Sudzukinin transferi üçün 36 milyon avro ödəməyə razıdır
Futbol12:28