Qaxa istirahətə gedən 9 nəfər cərimələndi
Hadisə
- 10 avqust, 2020
- 11:09
Qax Rayon Polis Şöbəsinin əməkdaşları sərt karantin elan edilən şəhər və rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahət məqsədilə gələn şəxslərin müəyyən edilməsi məqsədilə reyd keçirib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, keçirilən reyd zamanı istirahət mərkəzlərinə gedən yollarda hərəkət edən nəqliyyat vasitələri Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yoxlanış məqsədilə saxlanılıb.
Planşet vasitəsilə yoxlanılan zaman bəzi şəxslərin qaydaları pozaraq, xüsusi karantin elan edilən rayonlardan istirahət məqsədilə Qaxa gəldikləri məlum olub.
Şənbə və bazar günləri ərzində ümumilikdə 9 nəfər qaydaları pozduqları üçün barələrində protokol tərtib edilərək, hər biri 200 manat cərimələnib.
Qaxa istirahətə gedən 9 nəfər cərimələndi
Son xəbərlər
22:10
Foto
Video
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda üçüncü qol vurulub - YENİLƏNİB-5
Futbol22:02
Foto
Salyanda iki avtomobil toqquşub, bir nəfər ölüb
Hadisə21:44
Ərdoğan: Məqsədimiz regionda ədalət, təhlükəsizlik və rifahı təmin etməkdir
Region21:31
Kanada ABŞ-dən idxal olunan mallara 50%-dək rüsum tətbiq edir
Digər ölkələr21:30
Köçəryanın işi üzrə altı nəfərin həbsi barədə məhkəməyə vəsatətlər verilib - YENİLƏNİB-4
Region21:22
Belarus Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Xarici siyasət21:21
Liam Delap "Çelsi"ni "Nottinqem Forest"ə dəyişir
Futbol21:19
Vladimir Putin Mehriban Əliyevanı təbrik edib
Xarici siyasət21:18