Bakıda qatarın vurduğu adamın ölməsi ilə bağlı cinayət işi başlanıb
Hadisə
- 27 avqust, 2024
- 06:27
Bakının Binəqədi rayonunda qatarın vurduğu adamın ölməsi ilə bağlı cinayət işi başlanıb.
Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 21-də 1989-cu il təvəllüdlü Pərviz Mustafayev Binəqədi rayonu ərazisində dəmir relsinin üzərindən piyada keçərkən teplovoz (qatar) ehtiyatsızlıqdan onu vurub.
Hadisə nəticəsində P.Mustafayev almış olduğu xəsarətlərdən avqustun 26-da xəstəxanada ölüb. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
Son xəbərlər
14:03
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
Daxili siyasət13:50
Foto
Yerli turizm sənayesi nümayəndələri Qarabağa tanışlıq səfəri ediblər
Turizm13:44
"İmişli" ötən ay heyətinə qatdığı Dominqos Senqui Hermenegildo ilə yollarını ayırıb
Futbol13:37
Avropa Kuboku: Azərbaycanın 3x3 basketbol millisinin oyunlarının təqvimi açıqlanıb
Komanda13:32
Qurban Qurbanov: "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq"
Futbol13:28
"Şəfa-2" komandasına texniki məğlubiyyət verilib
Futbol13:19
Serj Sarqsyanın ölkədən çıxışına qadağa qoyulub
Region13:17
AFFA İntizam Komitəsi Premyer Liqanın iki klubunu cərimələyib
Futbol13:15