Qarın yağması Bakı-Quba yolunda tıxac və qəzalara səbəb olub

Hadisə
  • 08 dekabr, 2016
  • 04:34
Qarın yağması Bakı-Quba yolunda tıxac və qəzalara səbəb olub

Bakı. 8 dekabr. REPORT.AZ/ Səhər saatlarında qarın yağması səbəbindən Bakı-Quba yolunun Sumqayıt şəhərindən paytaxta qədər olan hissəsində avtomobillərin hərəkətində sıxlıq yaranıb.

"Report" xəbər verir ki, yolun buz bağlaması nəticəsində "Saray postu" yaxınlığında "Nissan X-Trail" və "Mercedes" markalı avtomobillər sürüşərək bir-birinə dəyib və yol kənarındakı dəmir maneəyə çırpılıb. Qəza nəticəsində hər iki maşına ziyan dəyib.

Bir az irəlidə isə digər "Mercedes" markalı maşın sürüşərək dəmir maneəyə çırpılıb.