"Qarabağ" UEFA Gənclər Liqasında "Atletiko”nu məğlub edib - VİDEO
- 31 oktyabr, 2017
- 16:16
Bakı. 31 oktyabr. REPORT.AZ/ UEFA Gənclər Liqasında 4-cü tura start verilib.
"Report"un məlumatına görə, yarışda Azərbaycanı təmsil edən "Qarabağ” komandası növbəti matçını keçirib. Ağdam komandası İspaniyada "Atletiko”nu 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu 45-ci dəqiqədə Yaroslav Deda vurub.
İngiltərədə baş tutan ilk oyunda "Çelsi”yə 0:5, ardınca evdə "Roma”ya 0:3, daha sonra "Atletiko”ya Bakıda 1:5 hesabı ilə uduzan Ağdam təmsilçisi qələbə qazanmağına baxmayaraq, hazırda sonuncu pillədə qərarlaşıb.
Gənclər Liqası
C qrupu, IV tur
31 oktyabr
18:00. "Atletiko" (İspaniya) - "Qarabağ" (Azərbaycan) 0:1
Qol: Yaroslav Deda, 45
Baş hakim: Ştefan Klossner
Yan xətt hakimləri: Remi Tsqraggen, Efe Kurnazça (hamısı İsveçrə)
Dördüncü hakim: Valentin Qomes (İspaniya)
UEFA nümayəndəsi: Neil Morrou (Şimali İrlandiya)
Hakim-inspektor: Manuel Dias Veqa
Madrid. "Estadio Cerro del Espino”
Xal durumu: "Çelsi”, "Roma”, "Atletiko” – 6, "Qarabağ” – 3.