Hacıqabulda qanunsuz ov edən Bakı sakinindən 3 ədəd yivsiz ov tüfəngi götürülüb

Hadisə
  • 20 yanvar, 2017
  • 08:02
Hacıqabulda qanunsuz ov edən Bakı sakinindən 3 ədəd yivsiz ov tüfəngi götürülüb

Bakı. 20 yanvar. REPORT.AZ/ Bakı şəhər sakinindən 3 ədəd yivsiz ov tüfəngləri götürülüb.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hacıqabul rayonunun Qarasu kəndi ərazisində qanunsuz ov edən Bakı şəhər sakini Ruslan Hüseynovdan 3 ədəd yivsiz ov tüfəngləri götürülüb.