Qahirədə data mərkəzində baş verən yanğında 4 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb
Hadisə
- 08 iyul, 2025
- 11:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Misirin paytaxtı Qahirədə “Telecom Egypt” şirkətinin böyük data mərkəzində ötən gün baş verən yanğın nəticəsində 4 nəfər həlak olub, azı 22 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Reuters” Misir Səhiyyə Nazirliyinin nümayəndəsi Hossam Abdel Qaffara istinadən məlumat yayıb.
Qeyd olunub ki, zərərçəkənlərin əksəriyyəti zəhərlənib.
Bildirilib ki, yanğın həmin gün lokallaşdırılıb. Buna baxmayaraq, hadisə paytaxtın hər yerində telefon əlaqəsi və internetin işində ciddi fasilələrə səbəb olub. Pozuntular rəqəmsal bank xidmətlərinə də təsir göstərib: bankomatların, bank kartlarının və onlayn ödənişlərin işində nasazlıqlar yaranıb.
İlkin məlumatlara görə, yanğına qısaqapanma səbəb ola bilər.
Son xəbərlər
20:55
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
Futbol
20:54
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
Elm və təhsil
20:54
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb
Elm və təhsil
20:50
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
Hadisə
20:41
Türkiyədə mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb
Region
20:24
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib
Digər ölkələr
20:10
"Škoda Group" Bakıdan Qafqaz və Mərkəzi Asiya bazarlarını əhatə etməyi hədəfləyir
Sənaye
20:08
İbrahim Əzizi: ABŞ və bəzi region ölkələri İrandakı üsyançı qruplaşmaları dəstəkləyir
Region
20:01
Foto
Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib - YENİLƏNİB
Xarici siyasət