Prokuror Bakıda qadına və ərinə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə cəza istəyib

Hadisə
  • 02 noyabr, 2018
  • 08:40
Prokuror Bakıda qadına və ərinə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə cəza istəyib

Bakı. 2 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində tanış olduğu qadını aldadaraq külli miqdarda pul almaqda təqsirləndirilən Ramil Muradovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Dövlət ittihamçısı çıxışında onun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası noyabrın 8-nə təyin edilib.

İttiham aktına əsasən, R.Muradov sosial şəbəkədə tanış olduğu, daha sonra isə aralarında yaxın münasibət yaranmış Sevinc Qasımovaya (ad və soy ad şərtidir) qarşı külli miqdarda dələduzluq edib.