Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilərək saxlanılıb
Hadisə
- 10 oktyabr, 2025
- 15:34
Bakıda polisə kəsici alətlə müqavimət göstərən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, gecə saatlarında narkotik vasitələrlə əlaqəli şübhəli şəxs saxlanılarkən cinayət təqibindən yayınmağa çalışıb.
Əvvəllər dəfələrlə məhkum olunan 1986-cı il təvəllüdlü Rahib Məmmədov əlindəki kəsici alətlə (rezakla) polis əməkdaşlarına müqavimət göstərib.
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, R.Məmmədov müqaviməti davam etdirdiyinə görə polis tərəfindən xidməti tabel silahı tətbiq edilməklə zərərsizləşdirilib. Ona ilkin tibbi yardım göstərilməklə müvafiq xəstəxanaya yerləşdirilib.
Onun üzərindən külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
Son xəbərlər
22:23
İsrailin Qəzzada polis bölməsinə hava hücumu nəticəsində doqquz nəfər ölüb
Digər ölkələr22:03
Azərbaycan güləşçisi Ayxan Cavadov U-20 dünya çempionatında qızıl medal qazanıb
Fərdi22:00
Astarada bir nəfər dənizdə batıb
Hadisə21:51
"Qarabağ" - "Tvente" oyununun biletləri satışa çıxarılıb
Futbol21:46
Ermənistanın yeni Konstitusiyasının qəbulu Nazirlər Kabinetinin proqramının layihəsinə salınıb
Region21:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 70-i ötüb
Digər ölkələr21:02
"LANDAU Lions" İsmayıl Abdullayevlə müqavilənin müddətini uzadıb
Komanda20:59
İsrail ordusu Qəzzada "Nuxba" xüsusi təyinatlı bölməsinin 4 komandirini öldürüb
Digər ölkələr20:54