Polis Nardaran sakinindən silah və narkotik maddə götürüb
Hadisə
- 11 dekabr, 2015
- 09:31
Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda polis əməkdaşları Nardaran sakinindən silah və narkotik götürüb. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb. Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Əli Əliyevin evindən “F-1” qumbarası və 3,95 qram heroin aşkar edilərək götürülüb.
Bundan başqa, polis əməkdaşları tərəfindən Nardaran qəsəbəsi ərazisindən içərisində “AKS” markalı silah, 39 ədəd patron və patron darağı olan kisə tapılıb.
Son xəbərlər
19:13
Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək
Ekologiya19:07
Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirilib
Daxili siyasət18:52
FHN: İyulun 27-si və 28-də dənizə girmək təhlükəlidir
Daxili siyasət18:35
Fələstinin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında toqquşmalar yaşanır
Digər ölkələr18:27
İrlandiyada türk məscidinə hücum edilib
Digər ölkələr18:12
Foto
Avropa Cüdo Ümidləri Turnirində medalçılar müəyyənləşib
Fərdi18:07
İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb
Digər ölkələr18:00
Çində daşqınlar nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb
Digər ölkələr17:46
Foto