Polis Bakıda əməliyyat keçirib, 1 kq-dan artıq narkotik götürülüb

Hadisə
  • 13 iyun, 2022
  • 07:25
Polis Bakıda əməliyyat keçirib, 1 kq-dan artıq narkotik götürülüb

Polis Bakıda əməliyyat keçirib, 1 kiloqram 307 qram heroin aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini Anar Əhmədovdan 1 kiloqram 307 qram heroin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

44 - Tezliklə