Polis Akademiyasına məxsus qaz kəmərində qaz sızması aşkarlanıb

Hadisə
  • 09 avqust, 2019
  • 13:35
Polis Akademiyasına məxsus qaz kəmərində qaz sızması aşkarlanıb

İki saat öncə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına məxsus qaz kəmərində qaz sızması aşkarlanıb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, sızmanın ləğvi məqsədilə bu gün saat 15.55-dən qəza halı kimi qaz təchizatı dayandırılıb.