Azərbaycana pirotexniki vasitələrin gətirilməsinin qarşısı alınıb
Hadisə
- 21 dekabr, 2018
- 08:24
Bakı. 21 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 2105" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Komitədən “Report”a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.
Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin sağ və sol qanadlarının altından üzərində "Mega Black Devil" yazısı olan 280 ədəd pirotexniki vasitə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
19:00
Nepal və Çində daşqın qurbanlarının sayı 800-ü keçib - YENİLƏNİB-2
Digər ölkələr18:45
Şimali Kiprdə gəminin batması ilə bağlı istintaq başladılıb
Region18:35
Anar Hacıyev "LANDAU Lions" klubundakı fəaliyyətini davam etdirəcək
Komanda18:25
"Roma" Leonardo Balerdini "Marsel"dən icarəyə götürüb
Futbol18:25
Foto
Kiyevin şimalına PUA hücumları davam edir
Region18:18
Pezeşkian sabah Qırğızıstana səfər edəcək
Region18:08
BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib
Hadisə18:04
Braziliyada fırtına olub, ölənlər var
Digər ölkələr17:53