Paytaxtda usta bina tikintisi zamanı 3-cü mərtəbədən yerə yıxılıb

Hadisə
  • 07 iyul, 2018
  • 02:01
Paytaxtda usta bina tikintisi zamanı 3-cü mərtəbədən yerə yıxılıb

Bakı. 7 iyul. REPORT.AZ/ Bakının Nəsimi rayonunda tikinti zamanı bədbəxt hadisə baş verib.

"Report"un xəbərinə görə, Bəşir Səfəroğlu küçəsi, 144 ünvanında inşa edilməkdə olan binanın üçüncü mərtəbəsində usta kimi işləyən 1989-cu il təvəllüdlü Allahverdiyev Alik Sabir oğlu ehtiyatsızlıqdan yerə yıxılıb.

O, ağır kəllə-beyin travması və sınıq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralının vəziyyəti sabit-ağır kimi qiymətləndirilir.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.