Paytaxtda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Hadisə
  • 07 fevral, 2015
  • 17:39
Paytaxtda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Bakı. 7 fevral. REPORT.AZ/ Axşam saatlarında Bakının Binəqədi rayonunda bir nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, hadisə yerinə FHN-in xilasediciləri cəlb olunub. Onlar liftin qapısını açaraq vətəndaşın oradan çıxmasına şərait yaradıblar.

Əməliyyat saat 19:08-də başa çatıb.