Paytaxtda 66 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Hadisə
  • 22 yanvar, 2022
  • 04:12
Paytaxtda 66 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakıda 66 yaşlı qadını avtomobil vurub.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 1956-cı il təvəllüdlü Əliyeva Sədaqət Mövsüm qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.