Bakıda patronla ehtiyatsız davranan şəxsin əli amputasiya olunub

Hadisə
  • 28 dekabr, 2015
  • 08:38
Bakıda patronla ehtiyatsız davranan şəxsin əli amputasiya olunub

Bakı. 28 dekabr. REPORT.AZ/ Binəqədidə yaşayan şəxs patronla ehtiyatsız davrandığından əli amputasiya olunub. "Report" bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir. 

Məlumata görə, dekabrın 25-də Binəqədi rayonunda yaşayan Uğur Abdullayev həyətində ov tüfənginə aid patronla ehtiyatsız davrandığından patron partlayıb. U.Abdullayev xəstəxanaya yerləşdirilib və əl nahiyəsi amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.