Ermənistan Baş nazirinin Aparatında xidməti avtomobillərin sayı azaldılacaq

Hadisə
  • 24 yanvar, 2019
  • 13:44
Ermənistan Baş nazirinin Aparatında xidməti avtomobillərin sayı azaldılacaq

Bakı. 24 yanvar. REPORT.AZ/ Ermənistanın Baş naziri Aparatının 50 xidməti avtomobilindən 7-si qalacaq.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Aparatın rəhbəri Eduard Ağacanyan “Facebook” səhifəsində yazıb.

“Hazırda xidməti avtomobillərdən Baş nazirin müavinləri, Aparatın rəhbəri, Təhlükəsizlik Şurasının katibi, Aparat rəhbərinin müavinləri, Aparat idarəsinin rəisi, Aparat ofislərinin tabeliyindəki rəislər, müşavirlər və Baş nazirin bəzi köməkçiləri istifadə edirlər”, - deyə o bildirib.

E.Ağacanyan vurğulayıb ki, xidməti avtomobillərdən istifadəyə dair dəyişikliklərə əsasən, bundan sonra Baş nazirin iki müavini, Təhlükəsizlik Şurasının katibi belə maşınlardan yararlanacaq: “Mən xidməti avtomobildən imtina edəcəyəm. Qanuna əsasən, sürücülər artıq dəyişikliklərdən xəbərdardır”.