Ötən il Ali Məhkəməyə ən çox hansı məhkəmələrdən işlərin daxil olduğu açıqlanıb

Hadisə
  • 23 fevral, 2022
  • 12:21
Ötən il Ali Məhkəməyə ən çox hansı məhkəmələrdən işlərin daxil olduğu açıqlanıb

Ötən il Ali Məhkəmənin Cinayət Kollegiyasına ən çox hansı məhkəmələrdən işlərin daxil olduğu açıqlanıb.

Ali Məhkəmədən “Report”a verilən məlumata görə, 2021-ci ildə Ali Məhkəmənin Cinayət Kollegiyasına 2399 nəfər barəsində işlərin (materialların) daha böyük hissəsi Bakı Apellyasiya Məhkəməsindən daxil olub.

Qeyd edilib ki, 2021-ci ildə Ali Məhkəmənin Cinayət kollegiyasında baxılmış işlərdən 1202 (50,1%) nəfər barəsində iş Bakı Apellyasiya Məhkəməsindən, 7 (0,3%) nəfər barəsində iş Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsindən, 248 (10,3%) nəfər barəsində iş Sumqayıt Apellyasiya Məhkəməsindən, 275 (11,5%) nəfər barəsində iş Gəncə Apellyasiya Məhkəməsindən, 468 (19,5%) nəfər barəsində iş Şirvan Apellyasiya Məhkəməsindən, 200 (8,3%) nəfər barəsində iş Şəki Apellyasiya Məhkəməsindən daxil olan işlərdir.