Azərbaycanda ötən gün yol hərəkəti qaydalarını pozan 7 509 sürücü cərimələnib

Hadisə
  • 17 noyabr, 2016
  • 10:40
Azərbaycanda ötən gün yol hərəkəti qaydalarını pozan 7 509 sürücü cərimələnib

 Bakı. 17 noyabr. REPORT.AZ/ Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən gün ərzində inzibati xəta törədən 7 509 sürücünü cərimələyiblər.

İdarədən "Report"a verilən məlumata görə, noyabrın 16-da ölkə ərazisində inzibati məsuliyyətə cəlb olunan sürücülərdən 48-i sükan arxasına sərxoş halda əyləşdiyinə, 5 nəfər isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb.