Ordubadda avtomobil çaya aşıb, sürücü və bir ailənin üç üzvü xəsarət alıb
Hadisə
- 11 mart, 2024
- 09:49
Naxçıvanın Ordubad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Düylün kəndi yaxınlığında qeydə alınıb.
Belə ki, 1957-ci il təvəllüdlü Bağırov Mehdi Ramazan oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobil yoldan çıxaraq Düylün çayının məcrasına aşıb. Hadisə nəticəsində sürücü və avtomobildə olan bir ailənin 3 üzvü - 1965-ci il təvəllüdlü Salmanov Cəlil Salman oğlu, 1966-cı il təvəllüdlü Salmanova Mailə Alı qızı və 1992-ci il təvəllüdlü Salmanov Toğrul Cəlil oğlu xəsarət alıblar.
Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
17:12
"Legion Financial"ın səhmdarlarının pay bölgüsü dəyişib
Maliyyə17:10
Nigar Arpadarai: Yaşıl və iqlim gündəliyi qlobal gərginliklər fonunda birləşdirici amil ola bilər
Xarici siyasət17:06
"Kəpəz"in futbolçusu Dioqo Verdaska altı həftəlik sıradan çıxıb
Futbol17:04
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
Maliyyə17:03
Çində gəmidə baş verən yanğın zamanı ölənlərin sayı 25 nəfərə çatıb - YENİLƏNİB
Digər ölkələr17:02
İmişlidə erkən evliliyin qarşısı alınıb
Sosial müdafiə17:01
Foto
Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə olub
Daxili siyasət16:59
Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir
Region16:51