Ombudsman Aparatına əmək hüquqlarının pozulması ilə bağlı daxil olan müraciətlərin sayı açıqlanıb

Hadisə
  • 26 iyul, 2022
  • 06:26
Ombudsman Aparatına əmək hüquqlarının pozulması ilə bağlı daxil olan müraciətlərin sayı açıqlanıb
Səbinə Əliyeva

"Ötən il əmək hüquqlarının pozulması halları ilə bağlı Ombudsmanın ünvanına ümumilikdə 1532 müraciət daxil olub. Onlardan 582 şikayət üzrə tərəfimizdən aidiyyəti qurumlara müraciətlər edilib".

"Report" xəbər verir ki, bunu Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Onun sözlərinə görə, şikayətlər dərhal nəzarətə götürülüb.

"İcraya qəbul edilən müraciətlərin 26 faizinin icrası təmin edilib. Şikayətlərin məzmunu daha çox əmək haqlarının ödənilməməsi, yaxud gecikdirilməsi, istehsalat qəzalarına verilən müavinətlərin gecikməsi, hamiləliyə görə əmək müqaviləsi olmadan işdən çıxarmalar və vətəndaşın pensiya yaşına az qalmış onun işdən azad edilməsi ilə bağlıdır".