Oğuzda yol qəzası olub, 3 nəfər xəsarət alıb - YENİLƏNİB
- 08 dekabr, 2018
- 11:21
Oğuz. 8 dekabr. REPORT.AZ/ Oğuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, qəza nəticəsində Qəbələ rayon sakinləri - 1978--ci il təvəllüdlü Cəmil Əliyev, 1989-cu il təvəllüdlü İlkin Mustafayev və 1968-ci il təvəllüdlü Hüseyn Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb.
*** 14:03
Oğuz. 8 dekabr. REPORT.AZ/ Oğuz rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Oğuz rayonunun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobil toqquşub. Hadisə nəticəsində avtomobillərdə olan 3 nəfər Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.