Oğuzda nəvə babasını döyüb
Hadisə
- 22 fevral, 2021
- 14:17
Oğuz rayonunda nəvə babasını döyərək ağır xəsarət yetirib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Tərkeş kəndində baş verib.
Belə ki, hadisə bu gün axşam saatlarında kənd sakini, 1941-ci il təvəllüdlü Nəriman Bahar oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı məlum olub ki, 80 yaşlı Nəriman Kərimovu öz doğma nəvəsi, 30 yaşlı Orxan Dağlar oğlu Kərimov döyüb. Xəstəxanada ilkin tibbi yardım göstərilən babanın vəziyyəti ağır olduğu üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Hadisənin hansı səbəblərdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
09:00
Ağ Evin yaxınlığında Trampla görüş tələb edən kişi saxlanılıb
Digər ölkələr08:44
Video
"Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb
Media08:28
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb
Region08:01
Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
Xarici siyasət07:36
Donald Tramp vaxtından əvvəl Vaşinqtona qayıdıb
Digər ölkələr07:14
ABŞ səfirlikləri vətəndaşlara Yaxın Şərqdə eskalasiya barədə xəbərdarlıq edib
Digər ölkələr06:45
İranın ABŞ ilə müzakirələrin başlaması üçün irəli sürdüyü yeddi şərt açıqlanıb
Region06:21
NYT: Qayana neft bazarında mövqelərini möhkəmləndirib
Digər ölkələr05:59