Oğuzda iki avtomobil toqquşub, Təcili Tibbi Yardım Şöbəsinin əməkdaşı xəsarət alıb
Hadisə
- 08 oktyabr, 2024
- 18:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mitsubishi" və "Fiat" markalı avtomobilləri toqquşub. Nəticədə "Fiat" markalı avtomobilin sürücüsü Vüqar Hüseyn oğlu Hacıyev xəsarət alıb.
Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, xəsarət alan Vüqar Hacıyev Oğuz Rayon Təcili Tibbi Yardım Şöbəsində çalışır. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
05:05
Albaniyada etirazçıların polis bölməsinə hücumu nəticəsində on nəfər yaralanıb
Digər ölkələr
04:38
Mark Karni hərbi bazada partlayış nəticəsində hərbçilərin öldüyünü təsdiqləyib
Digər ölkələr
04:23
İtaliyada aksiyalar zamanı 160 etirazçı saxlanılıb
Digər ölkələr
03:48
SEPAH: Hörmüz boğazında tanker minaya düşüb
Region
03:12
La Liqa: "Real" "Sevilya"nı darmadağın edib
Futbol
02:53
Liviyada hərbi düşərgədə partlayış nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr
02:35
Türkiyə Moskva - Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
Region
02:18
Tramp Rusiya-Ukrayna danışıqlarında irəliləyiş olduğunu açıqlayıb
Digər ölkələr
01:38
ABŞ Ukrayna qaçqınlarının ərazisində qalmaq hüququnu ləğv etməyəcək
Digər ölkələr