Oğurluq etməkdə təqsirləndirilən gəncə hökm oxunub
Hadisə
- 03 mart, 2016
- 09:50
Bakı. 3 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən 1992-ci il təvəlüdlü Samir Gəraylının cinayət işi üzrə məhkəməsi başa çatıb.
"Report"un məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Gəraylı 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, S.Gəraylı 7 min manat oğurlamaqda ittiham edilib. O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq ) maddəsi ilə ittiham edilib.
Məhkəmə istintaqı dövründə zərərçəkənə dəymiş ziyan ödənilib.
Xatırladaq ki, S.Gəraylı Şuşa rayonu uğrunda döyüşlərində şəhid olan Sabir Rüstəmovun oğludur.
Son xəbərlər
14:28
Azərbaycanın voleybol millisi Latviya və Belarus ilə yoxlama matçları keçirəcək
Komanda14:27
Ötən ay 8012.7 hektar ərazi minalardan təmizlənib
Daxili siyasət14:22
Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib
Region14:14
İsrail parlamenti təcili səfərbərlik rejimini oktyabra qədər uzadıb
Digər ölkələr14:10
"Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində potensial rəqibləri müəyyənləşib
Futbol14:04
SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib
Maliyyə14:04
ADB: CAREC rəqəmsal dəhlizi internetin topdansatış qiymətlərini aşağı salacaq
İKT14:02
Yunanıstanın Qavdos adasında 48 qanunsuz miqrant xilas edilib
Digər ölkələr14:01