Nyu-Yorkda sürücü maşını piyadaların üzərinə sürüb, ölən və yaralananlar var - VİDEO
- 27 noyabr, 2018
- 00:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 noyabr. REPORT.AZ/ Bazar ertəsi axşam ABŞ-ın Nyu-York ştatının Manhetten rayonunda sürücü avtomobili piyadaların üzərinə sürüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 6-sı yaralanıb. Hadisə Çaynataun məhəlləsində baş verib. Əraziyə meqapolisin yanğın xidmətinin əməkdaşları cəlb olunub.
Telekanal polisdəki iki mənbənin sözlərini sitat gətirərək bildirir ki, ilkin məlumatlara görə, sürücü hadisəni qəsdən törətməyib. Onların qiymətləndirməsinə görə, bu, terror aktı deyil.
Breaking: One dead and multiple injured after a van crashed into pedestrians in the Lower Manhattan area of New York City. The driver stayed on the scene and criminality is not suspected. pic.twitter.com/EbneISxVSi
— PM Breaking News (@PMBreakingNews) November 27, 2018