Norilskdə 24 Azərbaycan vətəndaşına hökm oxunub

Hadisə
  • 20 aprel, 2016
  • 10:24
Norilskdə 24 Azərbaycan vətəndaşına hökm oxunub

Bakı. 20 aprel. REPORT.AZ/ Norilskdə məhkəmə "Alıkel" hava limanında saxta sənədlərlə saxlanılan Azərbaycan vətəndaşlarına hökm çıxarıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, ümumilikdə 24 nəfər saxlanılıb. Onlar beş ay ərzində Norilskə tək və ya kiçik qruplar şəklində gəlib.

Saxta sənəddən istifadəyə görə məhkəmə onlara külli miqdarda - 19 min rubldan 33 min rubla qədər pul cəzası kəsib.