Nobel prospektində yerüstü piyada keçidinə məhəl qoymayan kişini maşın vurub

Hadisə
  • 08 iyun, 2018
  • 02:58
Nobel prospektində yerüstü piyada keçidinə məhəl qoymayan kişini maşın vurub

Bakı. 8 iyun. REPORT.AZ/ Paytaxtın Xətai rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, 1987-ci il təvəllüdlü Tağıyev Azər Səyyad oğlu Nobel prospektində yerüstü piyada keçidinin altından keçərkən onu minik avtomobili vurub.

Yaralı "təcili yardım" maşını vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.