Nizami rayonunda cinayətkar dəstə zərərsizləşdirilib
Hadisə
- 11 sentyabr, 2014
- 09:25
Bakı. 11 sentyabr. REPORT.AZ/ Bakının Nizami rayonunda cinayətkar dəstə zərərsizləşdirilib. Bu barədə Report-a Nizami rayon Polis İdarəsindən (RPİ) məlumat verilib. Nizami RPİ 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq edən Cəlilabad rayon sakini Orxan Məmmədov, Ucar rayon sakini İsmayıl Hüseynov və Astara rayon sakini Şamxal Şahverdiyev tutulub.
İstintaq zamanı bu şəxslərin sentyabrın 7-də vətəndaş Əlisahib Dünyamalıyev və Şamil Quliyevin 64 manatını, həmçinin mobil telefonunu quldurluq yolu ilə ələ keçirdikləri sübuta yetirilib. Cinayətkar dəstənin başqa qanunsuz əməllərinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Son xəbərlər
10:14
Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
Energetika10:13
Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb
Energetika10:09
"Yuventus"un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib
Futbol09:53
Mikayıl Cabbarov: Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik
Daxili siyasət09:30
Suverenliyin bərpası Qarabağ və Şərqi Zəngəzurda yeni quruculuq üçün hüquqi zəmin yaradıb - RƏY
Daxili siyasət09:14
PSJ prezidenti barəsində istintaq başlanılıb
Futbol09:05
Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Futbol09:00
Ağ Evin yaxınlığında Trampla görüş tələb edən kişi saxlanılıb
Digər ölkələr08:44
Video