Nizami rayonunda avtomobillər toqquşub, 23 yaşlı qız xəsarət alıb

Hadisə
  • 06 iyul, 2024
  • 00:42
Nizami rayonunda avtomobillər toqquşub, 23 yaşlı qız xəsarət alıb

Bakının Nizami rayonunda 23 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Hüseynova Təhminə Telman qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır .