Nəsimi rayonunda azyaşlı xilas edilib

Hadisə
  • 20 aprel, 2015
  • 02:21
Nəsimi rayonunda azyaşlı xilas edilib

Bakı. 20 aprel. REPORT.AZ/ Bakı şəhərinin Nəsimi rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report"un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, hadisə yerinə FHN-nin xilasetmə qüvvələri cəlb olunublar.

Xilasedicilər mənzilin pəncərəsindən evə daxil olaraq azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:06-da başa çatıb.